Mərkəzi Bankın statistikasına əsasən, Noyabr ayında fiziki şəxslərin banklardakı cəmi əmanətləri 66,5 milyon manat azalaraq 8 milyard 73,5 milyon manata düşüb. Azalma xarici valyutadakı əmanətlərin azalması ilə bağlıdır.
FED.az xəbər verir ki, oktyabr ayının sonu ilə müqayisədə Noyabrda milli valyutadakı əmanətlər 54,3 milyon manat artaraq 3 milyard 22,1 milyon manata qalxıb. Xarici valyutadakı əmanətlər isə 120,8 milyon manat azalaraq 5 milyard 51,1 milyon manata geriləyib.
Eləcə də bax: Banklar kredit faizlərindən əmanətlərə nisbətən - 3 DƏFƏ ÇOX QAZANIBLAR
Qeyd edək ki, son aylar bir sıra banklara Manat əmanətləri üzrə faizləri artırıblar. Həmçinin banklar, Manat vəsaitlərinin cəlbi üçün müxtəlif kampaniyalar elan ediblər.
Noyabrın sonunda cəmi əmanətlərin 37,4%-i milli valyutada, 62,6%-i xarici valyutada olub.