Maliyyə Bazarlarına Nəzarət Palatası 2018-ci ilin yanvar-noyabr ayları üçün bank icmalı üçün göstəriciləri açıqlayıb.
FED.az Palataya istinadən xəbər verir ki, 2018-ci ilin yanvar-noyabr ayları ərzində banklar tərəfindən kredilərdən əldə olunan faiz gəlirləri 1 mlrd 115 mln manat olduğu halda, depozitlərə görə banklar tərəfindən edilən ödənişlər 349,6 mln manat təşkil edib.
Başqa sözlə, banklar tərəfindən kreditlərə görə əldə olunan gəlirlər, əmanətlərə görə ödənilən ödənişdən 3 dəfə çoxdur.
Qeyd edək ki, təkcə 2018-ci ilin noyabr ayı ərzində bank sektoru tərəfindən kreditlərdən əldə olunan gəlir 106 mln manat olub. Əmanətlərə görə banklar tərəfindən edilən ödəniş isə 29,6 mln manat olub. Bu 1 ayda da kreditlərə görə əldə edilən gəlir, əmanətlərə görə edilən ödənişlərdən 3,6 dəfə çoxdur.
Eləcə də bax: 2018-ci ildə bank-maliyyə sektoru - QISA İCMAL