“Bir sıra dövlət qurumlarının büdcədənkənar gəlirlərinin formalaşmasında cərimələrə də analoji yanaşma tətbiq oluna bilər”.
Eləcə də bax: Rüsumların artması ilə büdcəyə əlavə - 100 Milyon Manat Yığılacaq
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı maliyyə nazirinin müavini Azər Bayramov deyib.
Nazir müavini bildirib ki, rüsumlarla bağlı dəyişiklikləri islahat kimi qiymətləndirmək olar: “Bu gün biz ilk olaraq çox vacib addımı - “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliyi müzakirə edirik. İslahatlar ardıcıl formada aparılır. İslahatların davamı kimi növbəti addımlar da nəzərdə tutulur. Bu, maliyyə sanksiyaları və digər büdcədənkənar gəlirlərin formalaşması ilə əlaqədar olan məbləğlərlə bağlı olacaq. Növbəti dəfə artıq o sahələrə də kompleks şəkildə yanaşma metodikasının təkliflərini təqdim edəcəyik”.