Azərbaycanda dövlət rüsumlarının məbləğinin dəyişdirilməsi nəticəsində daxil olacaq əlavə vəsaitin təqribi məbləği açıqlanıb.
Eləcə də bax: Bank, birja və xarici hüquqi şəxslərin filialının qeydiyyatı üçün rüsum - ARTIRILIR
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibakrlıq komitəsinin noyabrın 1-də keçirilən iclasında "Dövlət rüsumu haqqında" qanuna dəyişikliyin müzakirəsi zamanı maliyyə nazirinin müavini Azər Bayramov bildirib ki, bu dəyişikliklər nəticəsində 100 milyon manatdan artıq əlavə vəsaitin daxil olması nəzərdə tutulur.
Qeyd edək ki, "Dövlət rüsumu haqqında"qanuna dəyişikliklərə əsasən bəzi dövlət rüsumlarının məbləği dəyişdirilir və yeni dövlət rüsumları müəyyən edilir.