Maliyyə Nazirliyinin keçirdiyi depozit hərracları bank faizlərinə azaldıcı təsir göstərə bilər.
"Fiziki şəxslərin müddətli depozitləri artıb"
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının baş direktoru Şahin Mahmudzadə bu fikirləri bu gün keçirilən “Maliyyə Sabitliyi Hesabatı”nın təqdimatı zamanı səsləndirib.
O bildirib ki, Maliyyə Nazirliyinin keçirdiyi depozit hərracları bank sektorundakı depozit faizlərinə azaldıcı təsir göstərə bilər. Şahin Mahmudzadənin sözlərinə görə, yay aylarının sonunda banklarda depozit faizləri artıq azalıb.
“Maliyyə Nazirliyinin banklara yerləşdirdiyi depozitlər qısa müddətli likvidlik xarakteri daşıyır, əhalidən cəlb olunan depozitlər isə uzunmüddətlidir. Banklar likvidliyi tam təmin etmək üçün depozitləri cəlb edirlər. Qısa müddətli likvidlik ehtiyaclarına görə faizlərə təsir edə bilər, amma uzun müddətli likvidlik ehtiyaclarında bankların stabil depozit bazası olmalıdır,” – deyə baş direktor vurğulayıb.