Fiziki şəxslərin müddətli depozitləri artıb.
"Hüquqi şəxslərin müddətli depozitləri üzrə dollarlaşma 3,7% artıb"
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Maliyyə sabitliyi departamentinin direktoru Ataxan Həsənov 2025-ci ilin birinci yarımilinə dair maliyyə sabitliyi təqdimatı zamanı danışıb.
Onun sözlərinə görə, cari il ərzində fiziki şəxslərin müddətli depozitləri 9.4% və ya 0.81 milyard manat artaraq 9.4 milyard manata çatıb. Eyni zamanda, tələbli depozitlər 0.8% və ya 0.05 milyard manat azalaraq 5.65 milyard manat təşkil edib.
Ataxan Həsənov əlavə edib ki, Azərbaycan banklarında müddətli unikal əmanətçilərin sayı da artaraq 11,7% yüksəlib və 168 min nəfəri keçib.