“Dünya Bankının koronavirus infeksiyasına qarşı mübarizədə bütün ölkələrə təqdim etdiyi “Sürətli COVID-19 Aləti” layihəsi çərçivəsində güzəştli kredit vəsaitinin cəlb olunmasına Azərbaycan tərəfi də maraq göstərib və müvafiq danışıqlara başlayıb”.
Eləcə də bax: Dünya Bankı Azərbaycana $95 milyon məbləğində - Kredit Ayırmağı Planlaşdırır
FED.az xəbər verir ki, bunu Maliyyə Nazirliyinin mətbuat katibi Mayis Piriyev bildirib.
“Bununla belə, kreditin ayrılması istiqamətləri, şərtləri və prosedurlarıAzərbaycan tərəfini qane etmədiyindən həmin danışıqların aparılması dayandırılıb və bu barədə Dünya Bankına məlumat verilib. Hazırda sözügedən kreditin alınması gündəmdə deyil”, - deyə o, qeyd edib.