Neft və qaz qiymətlərində azalma gözləyirik.
İcmal büdcə gəlirlərinin neft qiyməti ssenarilərinə görə dəyişməsi proqnozlaşdırılıb
FED.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı maliyyə naziri Sahil Babayev deyib.
Nazir qeyd edib ki, Neft Fondundan transfertin azaldılması hökumətin növbəti illərdə əsas hədəflərindən biri olacaq: "Neft-qaz sektoru üzrə yığımlar Vergi Xidməti vasitəsilə 3,6 milyard manata bərabər olacaq. Bu da həm 2025-ci il, həm də 2024-cü il göstəricisindən daha az proqnozlaşdırılan rəqəmdir. Çünki neft və qaz qiymətlərində azalma gözləyirik”. (Apa)












