İcmal büdcə gəlirlərinin neftin ixrac qiymətlərinin pessimist (55 ABŞ dolları), baza ( 65 ABŞ dolları) və optimist ( 75 ABŞ dolları) ssenarilərinə əsasən dəyişməsi proqnozlaşdırılıb.
2026-2029-cu illərdə neftin ixrac qiyməti ilə bağlı proqnozları açıqlanıb
FED.az xəbər verir ki, bu Maliyyə Nazirliyi tərəfindən hazırlanan 2026-2029-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsində əksini tapıb.
Qeyd edilib ki, icmal büdcə gəlirləri 2026-cı ildə pessimist ssenari üzrə 43.1 milyard manat, baza ssenarisinə görə 45 milyard manat, optimist ssenaridə isə 46.9 milyard manat səviyyəsində qiymətləndirilir. 2029-cu ildə isə bu göstəricilər müvafiq olaraq 48,3 milyard, 50,4 milyard və 53,7 milyard manat olacaq.