Prezident İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunlara dəyişiklikləri təsdiq edib.
FED.az xəbər verir ki, əvvəllər yalnız “vergi yoxlamaları”na icazə verilmişdisə, dəyişikliklərə əsasən, bu siyahıya “maliyyə bazarları sahəsində aparılan yoxlamalar,” sözləri əlavə edilib.
Beləliklə, sahibkarlıq subyektlərində yoxlamaların aparılacağı halların siyahısı genişləndirilib.
Eləcə də bax:1000 manatdan 450 manat qazanırdılar, qanun dəyişdi, 125 manata düşdü
İndi yoxlamalar Azərbaycanın maliyyə bazarlarında fəaliyyət göstərən sahibkarlıq subyektlərində də aparıla bilər.
Xəbər verildiyi kimi, prezident İlham Əliyev 2015-ci il oktyabrın 26-da sahibkarlıq sahəsində yoxlamaların 2015-ci il noyabrın 1-dən iki il müddətinə dayandırılmasını nəzərdə tutan qanun imzalayıb. 2017-ci ilin noyabr ayında bu moratorium 2021-ci il noyabrın 1-dək uzadılıb.
Qanuna əsasən, 2015-ci il noyabrın 1-dən 2021-ci il noyabrın 1-dək yalnız vergi yoxlamaları, gömrük auditi və eləcə də, əhalinin həyat və sağlamlığına, ölkənin milli və iqtisadi təhlükəsizliyinə təhdidlərin olduğu hallarda yoxlamalar aparıla bilər.