Mayın 26-da Gürcüstan larisinin Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 0,6% artaraq 0,5205 manat təşkil edib ki, bu da 2021-ci ildə qeydə alınan ən yüksək göstəricidir.
Eləcə də bax: Gürcü larisi dollar və avroya qarşı - Möhkəmlənib
FED.az xəbər verir ki, larinin sonuncu dəfə bundan yüksək dəyəri dekabrın 25-də qeydə alınmışdı – 0,5206 manat.
Bu ilin mart ayının sonundan başlayaraq larinin manata və ABŞ dollarına qarşı məzənnəsinin azalma tendensiyası müşahidə olunurdu. Aprelin 15-də larinin manata qarşı məzənnəsi 0,4928 manata qədər enmişdi, bu da 2021-ci ildə qeydə alınan ən aşağı səviyyə ilə yanaşı, Gürcüstanın milli valyutasının manata qarşı məzənnəsinin son 5 ilin minimum dəyəri idi.
Qeyd edək ki, may ayının ortalarından lari manata qarşı möhkəmlənməyə başladı. Gürcüstan Milli Bankının rəsmi məzənnəsinə görə, hazırda 1 manat 1,9379 lariyə bərabərdir, bu da aylıq müqayisədə larinin manata qarşı 4,3% möhkəmlənməsi deməkdir. (Apa)