Son günlər Gürcüstanın milli valyutası olan larinin ABŞ dolları və avroya münasibətdə möhkəmlənməsi müşahidə edilir.
Eləcə də bax: Larinin manata qarşı məzənnəsi bu ilin - Ən Aşağı Həddinə Düşüb
FED.az xəbər verir ki, sabah 1 ABŞ dolları 3,3056 lariyə bərabər olacaq.
Bugünkü rəsmi məzənnə ilə müqayisədə dollar lariyə qarşı 0,0481 lari ucuzlaşıb.
Avroya gəlincə, sabah bu xarici valyuta 4,0414 lari təşkil edəcək. Öncəki məzənnə 4,0895 lari idi.
Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili larinin dəyər qazanmasını iqtisadi fəaliyyətin bərpası, turizm sektorundakı müsbət gözləntilər və vaksinasiyanın sürətlənməsi ilə əlaqələndirib. (Report)