2025-ci ilin yanvarın 1-nə kredit təşkilatlarında yerləşdirilmiş depozit və əmanətlərin cəmi məbləği 40 milyard 270,8 milyon manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Məlumata görə 2024-cü ilin yanvarın 1-nə ilə müqayisədə 3 milyard 305,7 milyon manat (8,9%) artıqdır.
Məlumata görə ev təsərrüfatları üzrə yerləşdirilmiş kreditlərin həcmi 14 milyard 661,9 milyon manat, maliyyə təşkilatları üzrə 3 milyard 76,5 milyon manat, qeyri-maliyyə təşkilatları üzrə isə 22 milyard 532,4 milyon manat olub.
İllik müqayisədə ev təsərrüfatları üzrə yerləşdirilmiş kreditlərin həcmi 1 milyard 714,2 milyon manat (13,2%) maliyyə təşkilatları üzrə 710,7 milyon manat (30%), qeyri-maliyyə təşkilatları üzrə isə 880,8 milyon manat (4,1%) artım baş verib.