Azərbaycanda rabitə və nəqliyyat, energetika sektorlarına verilən kreditər azalarkən, kənd təsərrüfatına, ticarət, xidmət, inşaat sahəsinə verilən kreditlər artıb.
Eləcə də bax: Ölkədə sənayə və istehsal sektoruna qoyulan kredit 317 milyon manat artıb
FED.az Banker.az-a istinadən xəbər verir ki, Mərkəzi Bankın statistikasına görə, 2020-ci ilin sentyabr ayında kənd təsərrüfatı və emal sektoruna verilən kreditlər 5.7 milyon manat artaraq 563.4 milyon manata çatıb.
Avqust ayının sonu ilə müqayisədə Sentyabrda ticarət və xidmət sektoruna verilən kreditlər 100.5 milyon manat artaraq 2 milyard 495.7 milyon manata, energetika, kimya və təbii ehtiyatlar sektoruna verilən kreditlər 22.7 milyon manat azalaraq 522.7 milyon manata, inşaat və əmlaka verilən kreditlər 0.6 milyon manat artaraq 433.7 milyon manata, nəqliyyat və rabitə sektoruna verilən kreditlər 9.8 milyon manat azalaraq 892 milyon manata, ev əsərrüfatlarına verilən kredilər 120.8milyon manat artaraq 6 milyard 780.4 milyon manata geriləyib.
Sənaye və istehsal sektoruna verilən kreditlər Sentyabrda 5.4 milyon manat azalaraq 1 milyard 189.6 milyon manata qalxıb.