Sentyabrda Azərbaycanda kredit qoyuluşlarının sahələr üzrə struktur hesabatına görə, sənayə və istehsal sektoruna kredit qoyuluşu 1 milyard 189 milyon 6 min manat təşkil edib.
Eləcə də bax: Azərbaycanda kredit portfelinin həcmi üzrə – BANKLARIN RENKİNQİ (30.09.2020)
FED.az Banker.az-a istinadən xəbər verir ki, Mərkəzi Bankın aylıq hesabatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 317 milyon 1 min manat artım deməkdir.
Həmçinin hesabata əsasən, sənayə və istehsal sektorunda kreditlərin cəminin kredit qoyuluşunda xüsusi çəkisi 8% təşkil edib.