Rusiyada vətəndaşların kredit və borc almaq barəsində özünə qadağa qoymasına imkan verən qanun hazırlanır.
Pul yatırmaq üçün yeni investisiya aləti - BRİLYANT SƏBƏTİ
FED.az xəbər verir ki, Rusiya Mərkəzi Bankı elan edib ki, insanların öz-özünə kredit almağa qadağan etməsi ilə bağlı qanun layihəsi artıq hazırdır və layihə Dövlət Dumasına təqdim ediləcək.
Rusiyalılara «Gosuslugi» portalı vasitəsilə kredit və borc götürməyə qadağa qoymağa imkan verən qanun layihəsi Dövlət Dumasına təqdim edilmək üçün hazırlanır.
Rusiya Banklar Assosiasiyasının (AİB) vitse-prezidenti Aleksey Voylukov bildirib ki, bu qanunla banklar da razılaşırlar. Amma bunun üçün kredit tarixçəsi və istehlak krediti haqqında qanunlara dəyişiklik edilməlidir.
Yeni qanun belə işləyəcək – vətəndaş Dövlət Xidmətləri saytına daxil olaraq özünə kredit götürməyi qadağan edəcək. Qadağa kredit götürməyi tamamilə qadağan edə bilər, və ya ona müəyyən limit qoya bilər. Portalda yerləşdirilən özünə qadağa avtomatik olaraq kredit bürosuna gedəcək.
Bundan sonra həmin vətəndaş hətta banka kredit üçün müraciət etdikdə belə, banklar bu qadağanı görüb, ona uyğun hərəkət edəcəklər. Yəni ya ümumiyyətlə kredit verməyəcəklər, ya da vətəndaşın özü-özünə qoyduğu limit çərçivəsində kredit ayıracaqlar.
Qeyd edək ki, vətəndaşların özü-özünə kredit qadağası qoyması mövzusu Rusiyada çoxdan müzakirə edilir. Mərkəzi Bank da vətəndaşlara tövsiyəç edib ki, özlərinə belə limit qoysunlar. Söhbət təkcə ondan getmir ki, vətəndaş özünü ağır borclanmadan qorusun. İnsanlar bu üsulla, başqalarının, o cümlədən fırıldaqçıların onların adına kredit almasından qoruna bilərlər.