Azərbaycanın bank sektorunun 3108.2022-ci il tarixinə yekunları açıqlanıb.
Eləcə də bax: Bank kreditlərinin artım tempi daha da - ZƏİFLƏYİB
FED.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verirki, ilk 8 ayın nəticələrinə görə, ölkə banklarının ümkmi kredit portfeli 18 milyard 638,6 milyon manat olub.
Kredit portfeli ilin əvvəli ilə müqayisədə 1 milyard 979,5 milyon manat artıb.
Təkcə avqust ayında isə kredit portfelinin artımı 151,2 milyon manat olub.
Ölkə iiqtisadiyyatına kredit qoyuluşlarının böyük hissəsi – 10 milyard 492 milyon manatı (56,3%) biznes kreditlərinin, 5 milyard 417 milyon manatı (29,1%) istehlak kreditlərinin, 2 milyard 730 milyon manat (14,6%) isə ipoteka kreditlərinin payına düşüb.
İlin əvvəlindən indiyədək biznes kreditləri 752 milyon manat və ya 7,7%, istehlak kreditləri 899 min manat və ya 20%, ipoteka kreditləri isə 330 milyon manat və ya 13,8% artıb.
Avqust ayında isə biznes kreditlərin məbləği azalıb – ayın əvvəlində 10 497 milyon manat olan portfel 10 492 milyon manata enib.
İstehlak kreditləri isə əksinə,102 milyon manat artıb. İpoteka kreditlərinin məbləğində isə avqustda 55 milyon manat artıb.