01.09.2022-ci il tarixində Azərbaycanın bank sektorunun kredit qoyuluşları 18 milyard 638.6 milyon manata çatıb.
Eləcə də bax: Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 22%-dən çox - ARTIB
FED.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2022-ci ilin iyul ayının sonu ilə müqayisədə avqust ayında kredit qoyuluşları 151.2 milyon manat artıb. Bu, cari ilin fevral-avqust dövründə ən aşağı aylıq artımdır.
Kredit qoyuluşları iyulda 167,4 milyon manat, iyunda 221.7 milyon manat, mayda 257.9 milyon manat, apreldə 312.2 milyon manat, martda 401.7 milyon manat, fevralda 345.1 milyon manat, yanvarda 122.3 milyon manat artmışdı.
Cari ilin 7 ayı ərzində bank sektorunun kredit qoyuluşları 1 milyard 979.5 milyon manat artıb.
Kredit qoyuluşları, milyon manat ilə.
01.09.2022 18638.6
01.08.2022 18487.4
01.07.2022 18320.0
01.06.2022 18098.3
01.05.2022 17840.4
01.04.2022 17528.2
01.03.2022 17126.5
01.02.2022 16781.4
01.01.2022 16659.1
(Marja)