Hesablama Palatası Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna ayrılan vəsaitlərin istifadəsi ilə bağlı materiallara prokurroluğa göndərib.
Eləcə də bax: Hesablama Palatası Neft Fondunun - HESABATINA BAXIB
FED.az xəbər verir ki, bu barədə qərar Palatanın kollegiya iclasında qəbul edilib.
Kollegiyada Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna büdcədən ayrılan vəsaitlərin icrasına dair maliyyə və uyğunluq auditinin nəticələri barədə Auditor hesabatı müzakirə edilib.
Audit zamanı məlum olub ki, fondun vəzifəli şəxsləri dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərinə əməl etməyib, vəsaitlər təyinatı üzrə istifadə edilməyib, tikinti norma və qaydaları pozulub, kütləvi informasiya vasitələrinə yardımlar qanunvericiliyin tələblərinin pozulması ilə verilib.
Aşkar edilmiş nöqsanlarla bağlı materialların "Hesablama Palatası haqqında" qanuna uyğun olaraq Azərbaycan Baş Prokurorluğuna göndərilib.