Hesablama Palatasının növbəti kollegiya iclası videoformat şəklində keçirilib.
FED.az xəbər verir ki, iclasda bir neçə məsələ müzakirə edilib.
Eləcə də bax: Hesablama Palatası: Qeyri-neft sektoru daha çox ticari sahələrin hesabına böyüyüb
İlk olaraq Dövlət Neft Fondunun (DNF) büdcəsinin 2019-cu ildə icrası ilə bağlı illik hesabata Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi müzakirə olunub. Kollegiya tərəfindən DNF-nin 2019-cu il büdcəsinin icrası barədə illik hesabatın layihəsi məqbul hesab edilərək Fondun Müşahidə Şurasına təqdim olunması üçün NF-a göndərilməsi qərara alınmışdır.
İclasda 2020-ci ilin İş Planının icra vəziyyəti müzakirə edilmiş, pandemiya şəraitinin təsirləri qiymətləndirilmiş və cari ilin İş planına dəyişikliklər edilməsi ilə bağlı qərar qəbul olunmuşdur.