“JPMorgan” yenidən dünyanın ən əhəmiyyətli sistemli bankı seçilib. Maliyyə Sabitliyi Şurası (FSB) qlobal maliyyə bazarının düzgün işləməsində ən mühüm rol oynayan bankların illik siyahısını dərc edib. Siyahının tərkibi ötən illə müqayisədə dəyişməyib – orada “Bank of America”, “Citigroup”, “HSBC”, “Bank of China”, “BNP Paribas”, “Deutsche Bank” daxil olmaqla 30 bank yer alıb.
İlin sonunadək neftin qiyməti - 65 DOLLARA DÜŞƏ BİLƏR – YENİ PROQNOZ
AMB “J.P. Morgan” ilə əməkdaşlığın perspektivlərini - MÜZAKİRƏ EDİB
FED.az Banker.az-a istinadən xəbər verir ki, qlobal maliyyə böhranından sonra G20 sammiti tərəfindən yaradılan FSB 2011-ci ildən bəri hər il qlobal maliyyə sistemi üçün sistem əhəmiyyətli olan bankların siyahısını dərc edir.
FSB-nin bankları qiymətləndirdiyi parametrlər arasında bunlar var: kapital tələbi, ümumi itkiləri mənimsəmə qabiliyyəti (Total Loss-Absorbing Capacity, TLAC), borcun ödənilməsi qabiliyyəti və s