Dünya iqtisvdiyyatında tənəzzül baş verərsə, tələbatın azalması səbəbindən neftin qiyməti 65 dolaradək azala bilər.
Eləcə də bax: "Bu baş verərsə, neftin qiymətləri "kosmosa qalxacaq" - "FƏLAKƏTLİ SSENARİ"
FED.az xəbər verir ki, bu barədə «Citigroup»un analitikləri bildirib. Xatırladaq ki, bir qədər əvvəl başqa bir maliyyə qurumu - JPMorgan bildirmişdi ki, Rusiyanın neft hasilatını azaltması səbəbindən neftin qiyməti 380 dollaradək yüksələ bilər.
«Citigroup»un analitikləri isə neftin qiyməti ilə bağlı bədbin proqnozlar verirlər. «Tələbat azalsa, neftin qiyməti bu ilin sonuna 65 dollara, 2023-cuü ildə isə 45 dollar olacaq»-deyə bankda bildiriblər.
«Citigroup»un analitikləri hazırda enerji bazarındakı vəziyyəti 1970-ci illərdəki böhranla müqayisə edirlər. Beynəlxalq Enerji Agentliyinin7 rəhbəri Fatih Birol isə bildirib ki yeni enerji böhranı 1970-80-ci illərlə müqayisədə daha uzunmüddətli ola bilər.