Dollar qlobal bazarlarda möhkəmlənməyə davam edərkən, cümə günü Jackson Hole-dan gələcək açıqlamalar diqqətlə izləniləcək.
Eləcə də bax: Avro/dollar üzrə - YENİ PROQNOZLAR
FED.az xəbər verir ki, həftənin üçüncü ticarət günündə dollar indeksi məhdud da olsa bahalaşaraq 108 səviyyəsini keçib. Avro/Dollar məzənnəsi də 0,99 səviyyəsindədir.
Bloomberg Dollar İndeksi də yüksəlişini davam etdirərək 1.290 səviyyəsini keçib.
Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) faizini 13 faizə endirməsi qərarından sonra Türk lirəsi ucuzlaşmaqda davam edir, dollar/TL məzənnəsi 18,15 səviyyəsinə yüksəlib.
Goldman Sachs-ın baş iqtisadçısı Jan Hatziusun sözlərinə görə, cümə günü FED sədri Jerome Powell (Cerom Pauell) faiz artımlarının yavaşlamasını vurğulayan bir çıxış edə bilər.
Fed tərəfindən faiz dərəcələrinin iki dəfə ardıcıl 75 faiz bəndi artırıldığını xatırladan Hatzius, sürpriz bir məlumat alınmaması halında sentyabr ayında faiz dərəcələrində 50 faiz bənd artım gözlədiklərini qeyd edib. Hatzius, Fed sədrinin çıxışında "faiz artımı üzrə rəqəm verilməsə də, həddindən artıq sərt pul siyasətinin risklər yarada biləcəyinin vurğulanacağını" bildirib. İnflyasiyanın 2 faizlik hədəfin çox üzərində olduğunu qeyd edən Hatzius, Pauellin "işimiz hələ bitməyib" deyə vurğulamasını gözləyir. (Marja)