Avro dollar qarşısında son 20 ilin minimumuna düşüb. İndi diqqət bu prosesin nə qədər "dərinə" gedə biləcəyinə yönəlib. Qlobal bazar "aktyorları" son ucuzlaşmadan sonra avro/dollar üzrə yeni proqnozlarını açıqlayıblar.
Eləcə də bax: Azərbaycanda avro dollardan ucuz oldu – SON VƏZİYYƏT
FED.az xəbər verir ki, avronun dollar qarşısında 2002-ci ildən bəri ən aşağı səviyyəyə enməsindən sonra bəzi investisiya bankları bu enişin başlanğıc olduğunu bildirirlər.
"Morgan Stanley", FED-in monetar sərtləşdirməni (faiz artırmağı) davam etdirəcəyini qeyd edərək, avronun 2000-ci illərin əvvəlindən bəri ən aşağı səviyyə olan 0,97 dollara düşəcəyini proqnozlaşdırıb.
"Nomura" sentyabrın sonuna kimi avronun 0,975 dollara düşəcəyini proqnozlaşdırıb. Yaponiyada yerləşən investisiya bankının proqnozuna görə, sentyabrdan sonra enerji təchizatı ilə bağlı risklər artacağı üçün avro 0,95 dollara və ya daha da aşağı düşə bilər.
ING isə avronun zəifləməsi zamanı bəzi ölkələrin avro ilə ehtiyatlarını azalda biləcəyini vurğulayaraq, bu valyutanın daha da ucuzlaşacağını proqnozlaşdırıb.
Asiya ölkələrinin valyutalarını qorumaq üçün valyuta müdaxiləsi nəticəsində ehtiyatlarında balanssızlıq yaşadıqlarını qeyd edən ING, bu ölkələrin ehtiyatlarındakı çəkiləri tarazlaşdırmaq üçün avro sata biləcəklərinə diqqət çəkib.
FED-in Avropa Mərkəzi Bankından daha sürətli faiz artırmasından sonra bu il avro dollar qarşısında təxminən 13 faiz dəyər itirib.
Qeyd edək ki, avro/dollar məzənnəsi yenidən 1 dollar səviyyəsindən aşağı düşüərək 0.9915 dolları görüb. (Marja)