Qəzza zolağındakı münaqişə İsrailə 2023-2025-ci illər arasında müdafiə xərcləri, mülki ehtiyaclar və itirilmiş vergi gəlirləri üçün 67 milyard dollara başa gələcək.
FED.az xəbər verir ki, bu barədə "Times of Israel" qəzeti İsrail Mərkəzi Bankının rəhbəri Əmir Yaronun bəyanatına istinadən yazıb.
Yaron xəbərdarlıq edib ki, müharibə büdcəyə ağır yük qoyur. Bundan əlavə, gələcək təhlükəsizlik büdcəsinin davamlı olaraq artacağı və makroiqtisadi təsir göstərəcəyi gözlənilir. (Report)