2025-ci ilin ilk rübündə Azərbaycana İspaniyadan 1 milyon 80 min ABŞ dolları həcmində birbaşa xarici investisiya yönəldilib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 996 min ABŞ dolları və ya 12,9 dəfə artıb.
Xatırlatma üçün bildirək ki, 2024-cü ilin ilk rübündə Azərbaycana İspaniyadan yönəldilmiş birbaşa xarici investisiyaların həcmi 84 min ABŞ dolları olub.
Hesabat ilində Azərbaycan iqtisadiyyatına cəlb olunmuş ümumi birbaşa investisiyalarda İspaniyanın payı 0,1% təşkil edib. yatı, birbaşa xarici investisiyalar