6 sentyabr tarixində Baku Marriott Boulevard otelində Türkiyənin Fintech Innovation Hub şirkətinin təşkilatçılığı, Azərbaycan Fintex Assosiasiyası və Türkiyə Ödəniş və Elektron Pul Təşkilatları Birliyinin tərəfdaşlığı ilə ölkədə ilk dəfə Azərbaycan-Türkiyə Fintex Forumu keçirilmişdir.
AMB-nin departament rəhbəri: "Ödəniş sistemləri ilə bağlı qanun noyabrda qüvvəyə minəcək"
FED.az xəbər verir ki, forumun məqsədi Azərbaycan və Türkiyə fintex ekosistemlərinin iştirakçıları arasında işgüzar əlaqələrin gücləndirilməsi, potensial əməkdaşlıq imkanlarının dəyərləndirilməsi, həmçinin iki qardaş ölkə arasında digər sahələrdə olduğu kimi innovativ maliyyə texnologiyaları sahəsində də effektiv sinerjinin yaradılmasıdır.
Fintexlərlə yanaşı yerli və xarici maliyyə institutlarının nümayəndələrinin iştirak etdiyi bu forumda hər iki ölkənin aparıcı ekspertləri fintex ekosistemlərinin cari vəziyyəti və inkişaf trendləri, yeni çağırışlar, beynəlxalq ödəniş həllərindən Buy Know Pay Later modellərinə, rəqəmsal ödəniş sistemlərindən maliyyə təhlükəsizliyinə, süni intellektdən blokçeyn texnologiyalarına qədər bir çox mövzuda çıxışlar etmiş və müzakirələr aparmışdır.