İlk dəfə olaraq Şərqi Zəngəzur iqtisadi rayonundan əmanətlərin cəlb olunmasına başlanılıb.
Azərbaycandakı bankların depozitlər üzrə faiz xərcləri kəskin artıb
FED.az xəbər verir ki, bu barədə Mərkəzi Bankdan məlumat verilib.
Qeyd olunub ki, bu ilin dekabrın 1-nə Şərqi Zəngəzur iqtisadi rayonundan 392 min manat vəsait cəlb olunub. Bu göstərici üzrə orta faiz dərəcəsi isə 1,81%-ə bərabər olub.
Sözügedən regiondan cəlb olunmuş əmanətlərin 388 min manatı milli valyutada, 4 min manatı isə sərbəst dönərli valyutada (SDV) olub.
Qeyd edək ki, cari ilin dekabrın 1-də Azərbaycanda ümumi regionlar üzrə cəlb olunmuş əmanətlər 14,2 milyard manat təşkil edib. (Trend)