2024-cü ilin doqquz ayında icmal büdcənin gəlirləri 37 milyard 141,5 milyon manat icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 252,7 milyon manat və ya 0,7 faiz çoxdur.
Bu ilin 9 ayında dövlət büdcəsinin profisiti 2.5 milyard manatı keçdi
FED.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, icmal büdcənin xərcləri isə 28 milyard 472,2 milyon manat icra olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard 573,8 milyon manat və ya 9,9 faiz çoxdur. İcmal büdcədə 8 milyard 669,3 milyon manat büdcə artıqlığı (profisit) yaranıb.