2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 25.6% artaraq 27 milyard 737 milyon manat təşkil edib.
2025-ci ilin dövlət büdcəsi rəqəmləri açıqlandı – İLK DƏFƏ OLARAQ XƏRCLƏR AZALDI
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin doqquz ayında büdcənin xərcləri isə 8.4% artaraq 25 milyard 174.3 milyon manata yüksəlib.
Bu ilin ilk doqquz ayında dövlət büdcəsinin profisiti 2 milyard 562.7 milyon manat təşkil edib.
2023-cü ilin eyni dövründə 1 milyard 137.5 milyon manat büdcə kəsiri qeydə alınmışdı.