2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın icmal büdcəsinin gəlirləri 35,86 milyard manat təşkil edib.
“Ticarət balansının profisiti 1,8 milyard dollar, strateji valyuta ehtiyatları isə 10,5 milyard dollardır”
FED.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,4 % azdır.
Bu dövrdə icmal büdcənin xərcləri isə 29,03 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 2 % çoxdur.
İcmal büdcənin profisiti isə son bir ildə 21% azalaraq 6 milyard 838,1 milyon manata enib.