2021-ci ilin iyul ayında Azərbaycanın bank sektorunun xalis mənfəəti 42,6 milyon manat təşkil edib. Bu, İyun ayındakı xalis mənfəət ilə müqayisədə 2 dəfədən çox azdır.
FED.az Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, 2021-ci ilin 6 ayı ərzində bank sektrounun xalis mənfəəti 366,3 milyon manat ikən, 7 ayda 408,9 milyon manata yüksəlib.
Bank sektorunun xalis mənfəəti Yanvarda 25,4 milyon manat, Fevralda 47,7 milyon manat, Martda 75,7 milyon manat, Apreldə 45,9 milyon manat, Mayda 78,5 milyon manat, İyunda 93,1 milyon manat təşkil edib.
İyun ayı ilə müqayisədə İyulda bank sektorunun xalis mənfəəti 2,2 dəfə azalıb
GƏLİRLƏR ARTIB
2021-ci ilin 7 ayı ərzində bank sektorunun cəmi əməliyyat gəlirləri 1 milyard 672,5 milyon manat, o cümlədən faiz gəlirləri 1 milyard 184,6 milyon manat, qeyri-faiz gəlirləri 487,9 milyon manat təşkil edib.
Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin 7 ayında bank sektorunun cəmi əməliyyat gəlirləri 1 milyard 483,1 milyon manat, o cümlədən faiz gəlirləri 1 milyard 109,8 milyon manat, qeyri-faiz gəlirləri 373,3 milyon manat təşkil etmişdi. (Marja)