İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) Azərbaycanda “Kiçik biznes üçün maliyyə və məsləhət” layihəsini maliyyələşdirməyə qərar verib.
BVF rəhbəri dünya ölkələrinin dollardan tədricən imtina etdiyini - AÇIQLAYIB
FED.az bu barədə İsveçrənin Azərbaycandakı səfirliyinə istinadən xəbər verir.
Məlumata görə, SECO 2027-ci ilə qədər davam edəcək bu layihəyə 2 milyon İsveçrə frankı (təxminən 2,25 milyon ABŞ dolları) ayıracaq.
Layihə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Kiçik Biznesə Təsir Fondunun (SBIF) xətti ilə həyata keçiriləcək, kiçik və orta sahibkarlığa məsləhət və nəticəyə yönəlik maliyyələşdirmə ilə dəstək vermək məqsədi daşıyır. (Report)