"Dolların ehtiyat (rezerv) valyuta kimi tərk edilməsi tədricən baş verir".
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı - HƏFTƏLİK ANALİZ
FED.az xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Kristalina Georgiyeva Amerika Milken İnstitutunun təşkil etdiyi tədbirdə deyib.
Georgiyeva, "Bəli, dollardan tədricən imtina var. Əvvəllər o, ehtiyatların təxminən 70%-ni təşkil edirdisə, indi bu rəqəm 60%-dən bir qədər aşağıdır" deyib.
BVF rəhbəri vurğulayıb ki, dollar üçün əsas rəqib avrodur.
Həmçinin BVF, ABŞ iqtisadiyyatının gücünə və kapital bazarlarının dərinliyinə görə narahatlığına səbəb görmür. Bunlara görə, yaxın gələcəkdə Dollara alternativ peyda olacağını gözləmir. (Marja)