İngiltərə Bankı (İngiltərə Mərkəzi Bankı) əsas faiz dərəcəsini artırıb.
FED.az xəbər verir ki, bu barədə İngiltərə Bankının Pul komitəsi qərar qəbul edib. Qərara əsasən, uçot faiz dərəcəsi 0,5% bəndi artırılaraq 4%-ə qədər qaldırılıb. Bu isə 2008-ci ilin oktyabrından bu tərəfə qeydə alınmış ən yuxarı həddir. Pul komitəsinin 7 üzvü faizlərin 50 baza bəndi artımını dəstəkləyib, qalan iki üzvü isə buna əks olub.
İngiltərə Mərkəzi Bankı ümumilikdə 2021-ci ilin dekabr ayından uçot dərəcəsini 0,1%-dən 4%-ə kimi artırıb. Bu isə ümumilikdə inflyasiyanın qısa zamanda azaldılmasına hesablanıb.
Bank həmçinin inflyasiya ilə bağlı hədəfinin 2% olduğunu qeyd edib. (Apa)