İngiltərə Bankının pul-kredit komitəsi bank dərəcəsini 0,25% artıraraq 1,25%-ə qaldırıb. Bu – uçot dərəcəsinin son 13 ildə ən yüksək həddidir.
Eləcə də bax: Böyük Britaniyada ərzaq qiymətləri - Rekord Həddə Çatıb
Sonuncu dəfə dərəcələr 2009-cu ildə bundan yüksək olub - 1,5%.
İngiltərə Bankı ölkədə inflyasiya üçün 2%-lik hədəf götürüb, bu hədd ölkədə iqtisadi artıma və məşğulluğa dəstək verir.
Qeyd edək ki, bir qədər əvvəl, Britaniyada inflyasiya səbəbindən real əmək haqları 21 il ərzində ilk dəfə 3,4% azalmışdı.