Böyük Britaniyada ərzaq qiymətləri ilin əvvəlindən 4,5% artıb.
Eləcə də bax: Avrozonada rekord inflyasiya - QEYDƏ ALINIB
FED.az "Bloomberg" agentliyinə istinadla xəbər verir ki, bu son on ilin ən pis göstəricisidir.
Qeyd olunur ki, pərakəndə ticarət şəbəkələri inflyasiyanın artması səbəbindən qiymətləri artırmağa davam edirlər. Ən çox artım quş əti və yağın qiymətində müşahidə olunur.
Böyük Britaniya enerji qiymətlərinin artması və Ukraynadakı vəziyyətə görə beynəlxalq təchizat zəncirlərinin pozulması fonunda böhran üzləşib. Belə ki, ölkədə illik inflyasiya doqquz faizədak artıb. Bu son 40 ilin rekord göstəricisidir. (Trend)