Beynəlxalq Valyuta Fondunun (IMF) proqnozlarına görə, Azərbaycanın mal və xidmət ixracı 2025-ci ildə 32,7 milyard ABŞ dolları təşkil edəcək.
Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələr - CƏDVƏL
FED.az xəbər verir ki, bu barədə IMF-in Yaxın Şərq və Mərkəzi Asiya iqtisadiyyatının inkişaf perspektivləri haqqında hesabatında deyilir.
Fondun proqnozlarına görə, Azərbaycanın mal və xidmət ixracı növbəti ildə 29,8 milyard ABŞ dolları təşkil edəcək, 2030-cu ilin sonuna isə 25,3 milyard ABŞ dollarına qədər azalacaq.
Bundan əlavə, IMF-in gözləntilərinə görə, Azərbaycanın mal və xidmət idxalı 2025-ci ildə 24,3 milyard ABŞ dolları, 2026-cı ildə 24,4 milyard ABŞ dolları, 2030-cu ildə isə 28,5 milyard ABŞ dollarına qədər artacaq.
Qeyd edək ki, 2024-cü ildə Azərbaycan xarici ölkələrlə 47 milyard 612,1 milyon ABŞ dolları məbləğində ticarət əməliyyatları həyata keçirib ki, bu da 2023-cü illə müqayisədə 7 % azdır. Ümumi xarici ticarət dövriyyəsindən 26 milyard 554,1 milyon ABŞ dolları ixraca, 21 milyard 58 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son bir il ərzində ixrac 21,7 % azalıb, idxal isə 21,8 % artıb. (Report)