Azərbaycan koronavirus pandemiyasının təsirlərinin azaltmaq məqsədi ilə pul-kredit siyasətini lazımi dərəcədə yumşaldıb.
Eləcə də bax: Mərkəzi Bank: Kreditlərə tələbat artdıqca, kredit faizləri də artır
FED.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondu (IMF) Nizamnaməsinin IV maddəsi üzrə missiya Azərbaycan barədə hesabatında bildirilir.
Sənədə əsasən, faktiki olaraq ABŞ dollarını sabit saxlanılması baxımından uçot dərəcəsinin endirilməsi və prudensial tənzimlənmənin asanlaşdırılması, pandemiya dövründə vergi güzəştlərini genişləndirib və kredit axınını təmin edib: "Bununla yanaşı, zəif pul-kredit transmissiyası səbəbi ilə bank kredit faizləri yalnız orta dərəcədə azalıb, ancaq nisbətən yüksək səviyyədə qalıb".
Missiyanın fikrincə, Azərbaycan pandemiya dövründəki yumşalmadan sonra, bankların prudensial və tənzimləyici tədbirlərinin tədricən normallaşdırılmasına davam etməlidir: "Ancaq, bu normallaşma pandemiya ilə mübarizə və iqtisadiyyatın yenidən bərpası istiqamətində irəliləməyə paralel olaraq diqqətlə davam etməlidir.
Azərbaycan Mərkəzi Bankının (AMB) maliyyə bazarlarını inkişaf etdirmək və maliyyə vasitəçiliyi və maliyyəyə çıxışı asanlaşdırmaq siyasəti çərçivəsində və təşəbbüsündə, iqtisadiyyatın daha da şaxələndirilməsinə və məhsuldarlığı və dayanıqlığının yaxşılaşdırılmasına əlavə dəstək verəcəkdir.
Eyni zamanda, AMB-nin maliyyə nəzarətini yaxşılaşdırmaq istiqamətində davamlı səyləri, texniki yardım yolu ilə beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlıqla dəstəklənməlidir". (Report)