Mərkəzi Bank: Kreditlərə tələbat artdıqca, kredit faizləri də artır
Bu ilin əvvəlindən baş verən proseslər, o cümlədən monetar və makroprudensial stimullar, eləcə də dövlətin güzəştli proqramları kredit aktivliyini dəstəkləyir.
Bank əmanətlərinin tərkibində – Manat Dolları Üstələdi – 2015-DƏN BƏRİ İLK DƏFƏ
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) faiz dəhlizinin parametrləri ilə bağlı açıqlamasında bildirilir.
Xatırladaq ki, bu günkü iclasında AMB faiz dəhlizi parametrlərini dəyişməz saxlayıb (AMB-nin qərarı əsaslandırması burada).
Aktivliyin artması nəticəsində 5 ayda bank sistemi üzrə kredit portfeli 3.8%, o cümlədən biznes kreditləri 2.4% artıb.
Bu dövrdə tikinti və bir sıra əlaqəli real sektor sahələrində iqtisadi fəallığa dəstək verən ipoteka kreditləri 7.2% artıb. İstehlak tələbinin fəallaşması fonunda istehlak kreditləri də 5,1% artıb, amma bu artım pandemiyadan öncəki səviyyəni bərpa etməyib.
Mərkəzi Bank etiraf edib ki, kreditlərə tələbatın artması kredit faizlərini də yüksəlməsinə səbəb olub.
«Maliyyə bazarlarının müxtəlif seqmentlərində faizlər fərqli istiqamətlərdə dəyişir. Ötən iclasdan sonra dövlət qiymətli kağızlarının gəlirliyi azalmış, depozit və kredit faizlərində isə əhəmiyyətli dəyişiklik baş verməmişdir. Kreditlərə tələbin tədricən artması bəzi bank qrupları üzrə depozit və kredit faizlərinə artırıcı təsir edir»-deyə aəıqlamada bildirilir.