Beynəlxalq Valyuta Fondu (IMF) Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının bu ilin sonuna 11,9 milyard ABŞ dolları təşkil edəcəyini proqnozlaşdırır.
Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı - 0,5% ARTIM
FED.az xəbər verir ki, bu barədə IMF bildirir.
Fond gələn ilin sonuna isə AMB-nin valyuta ehtiyatlarının 11,7 milyard ABŞ dollarına, 2030-cu ilin sonuna isə 9,6 milyard ABŞ dollarına qədər azalacağını proqnozlaşdırır.
Bu il oktyabrın 1-nə AMB-nin valyuta ehtiyatları 11 milyard 310,5 milyon ABŞ dolları təşkil edib. Bu, sentyabrın 1-i ilə müqayisədə 0,5 % çoxdur.
AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 3,2 % artıb, son 1 ildə isə 4,1 % azalıb. (Report)












