İnkişaf etməkdə olan bazarlarda özəl sektora dəstək sahəsində ixtisaslaşan ən iri qlobal təşkilat olan Beynəlxalq Maliyyə Korporasiyası (International Finance Corporation – IFC, Dünya Bankı Qrupunun üzvü), səfərbər edilən resurslar daxil olmaqla, Azərbaycana indiyədək təxminən 850 mln. ABŞ dolları investisiya yatırıb.
Eləcə də bax: Rusiya investorları ən çox Özbəkistan və Azərbaycana - YATIRIMLARI ARTIRIRLAR
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu barədə Dünya Bankının press-relizində deyilir.
Qeyd edək ki, noyabrın 18-də gün Azərbaycan Hökuməti və Dünya Bankı Qrupu Azərbaycanda Ofislərin Qurulması və Fəaliyyətinə dair Saziş imzalayıblar. Saziş Azərbaycan adından maliyyə naziri Samir Şərifov və Dünya Bankının Avropa və Mərkəzi Asiya Regionu üzrə vitse-prezidenti Anna Byerde tərəfindən imzalanıb. Baş naziri Əli Əsədov və Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov da imzalanma mərasimində iştirak ediblər.
Mərasimdə danışan IFC-nin Avropa, Latın Amerikası və Karib regionu üzrə vitse-prezidentinin vəzifələrini icra edən Vebke Şleme bildirib ki, dinamik özəl sektor iqtisadi artım üçün çox vacibdir: "Bu Sazişin imzalanması ölkənin özəl sektorun lokomotiv olacağı iqtisadi şaxələndirmə istiqamətində tədbirləri həyata keçirdiyi vaxta təsadüf edir. IFC Azərbaycanda özəl sektorun təşviq olunması ilə davamlı iqtisadi artımın dəstəklənməsini davam etdirməkdə əzimlidir".
Xatırladaq ki, 2022-ci ildə həmçinin, Azərbaycanın Dünya Bankına üzvlüyünün 30-cu ili tamam olur. Bu dövr ərzində bank Azərbaycanın reallaşdırdığı layihələrə ümumilikdə 4,4 mlrd. dollar vəsait ayırmağı öz öhdəliyinə götürüb.