Baltikyanı ölkələr istisna olmaqla, keçmiş SSRİ ölkələrinə xarici investisiyaların həcmi 2020-ci ilin sonunda təxminən 46 milyard dollar təşkil edib ki, bunun da 37 milyard dolları Rusiyanın investisiyalarının payına düşüb.
Eləcə də bax: Rusiya bankı Türkiyədə atom stansiyasının inşasına 800 milyon dollar - KREDİT AYIRDI
FED.az xəbər verir ki, bu, Avrasiya İnkişaf Bankının (EİB) hesabatında bildirilir.
EİB-in hesabatına görə, Rusiya investorları MDB ölkələrində, ilk növbədə Özbəkistan və Azərbaycanda kapital qoyuluşlarını artırır, Ukraynada investisiya fəaliyyətini kəskin şəkildə məhdudlaşdırırlar.
Belə ki, Rusiyadan birbaşa xarici investisiyalar Özbəkistana 2,1 dəfə artaraq 9 milyard dollar, Azərbaycana 1,2 dəfə artaraq 4,2 milyard dollar təşkil edib. (Marja)