"Mərkəzi Bankın uçot dərəcəsini artırması bankların kredit faizlərini artırmasına təsir etməməlidir".
Eləcə də bax: Bakıda beynəlxalq bankçılıq forumu - "IBF 2022" FƏALİYYƏTƏ BAŞLAYIB
FED.az xəbər verir ki, bunu Bakıda keçirilən VI Beynəlxalq Bankçılıq Forumunda çıxışı zamanı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.
O bildirib ki, AMB-nin uçot siyasəti inflyasiyanın cilovlanmasına yönəlib. Gələn il üzrə ümumilikdə inflyasiyanın azalacağı proqnozlaşdırılıb. Belə olan halda bankların verdikləri kreditlər daha aşağı inflyasiya dövründə geri qaytarılacaq. Banklar bunu kredit faizlərində nəzərə almalıdırlar.
O həmçinin əlavə edib ki, maliyyə sektorunun mühüm hissəsini təşkil edən bank sektorunda kapitallaşma və likvidlik səviyyəsi normaları 2 dəfəyədək üstələyir: "Belə ki, son 10 ildə bank aktivlərinin ÜDM-də payı 26,8%-dən 44,3%-ə yüksəlib. İqtisadiyyata kredit qoyuluşlarının həcmi isə 9,9 milyard manatdan artaraq 17,1 milyard manata çatıb". (Apa)