Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyası “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi barədə qərar qəbul edib.
Eləcə də bax: Hökumət qənaətə keçib – BÜDCƏ XƏRCLƏRİ KƏSKİN AZALIB
FED.az Banker.az-a istinadən xəbər verir ki, qərarı maliyyə naziri Samir Şərifov imzalayıb.
“Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə, digər dövlət orqanlarında ezamiyyələrin həyata keçirilməsi dövlət büdcəsi xərclərinin səmərəliliyinin artırılması və maliyyə vəsaitinin qənaətlə istifadə edilməsinin vacibliyi nəzərə alınmaqla təmin edilir” – deyə, həmin qaydalara əlavə edilib.
Digər dəyişiklik mehmanxana xərcləri işçiyə ezamiyyətdə olduğu müddətdə hər təqvim günü üçün (yolda olduğu müddət nəzərə alınmadan) Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən olunmuş hissəsi miqdarında ödənilir.
Buna qədər isə, həmin xərclərin hissəsi daxilində müvafiq təsdiqedici sənədlər əsasında, təsdiqedici sənədlər təqdim edilmədiyi hallarda isə ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50 faizi miqdarında ödənilirdi.