Yenidən baxılacaq 2022-ci il icmal büdcənin əsas parametrləri məlum olub.
Eləcə də bax: 2022-ci il dövlət büdcəsinin gəlir və xərcləri - 8 FAİZDƏN ÇOX ARTIRILIR
FED.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.
Yenidən baxılmış icmal büdcənin gəlirləri 36660,9 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 8975,5 milyon manat və ya 32,4 faiz çoxdur.
İcmal büdcənin xərcləri 35540,9 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 2626,5 milyon manat və ya 8,0 faiz çoxdur. İcmal büdcə 5229,0 milyon manat kəsirlə nəzərdə tutulsa da əlavə 6349,0 milyon manat gəlirləri hesabına 1120,0 milyon manat profisitlə proqnozlaşdırılır. (Apa)