2023-ci ilin birinci yarımilində tədavüldə olan dövlət istiqrazlarının həcmi 4.8 mlrd. manata çatıb.
FED.az xəbər verir ki, bu ötən ilin sonuna nisbətdə 15.2%(0.6 mlrd. manat) çoxdur.
Belə ki, ötən ilin sonunda tədavüldə olan dövlət istiqrazlarının həcmi 4,2 mlrd. manat idi.
Qeyd edək ki, dövlət istiqrazlarının həcmi uzunmüddətli dövlət qiymətli kağızlarının emissiyası hesabına artıb.