Böyük Britaniya şirkətləri 2021-ci ilin I rübündə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaları 23,3% - $512,865 milyona qədər artırıblar.
Eləcə də bax: Bu il Azərbaycan iqtisadiyyatına ən çox yatırım edən ölkələr açıqlandı – TOP10
FED.az xəbər verir ki, Mərkəzi Bankdan verilən məlumata görə, 2021-ci ilin yanvar-mart aylarında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların 36,6%-i (2020-ci ilin birinci rübündə 35%-i) Böyük Britaniya şirkətlərinin payına düşüb.
İkinci yerdə Türkiyə ($211,953 və ya ümumi həcmin 15,1%-i, artım 56,2%), üçüncü yerdə Malayziya şirkətləri ($135,488 milyon və ya 9,7%, artım 99,1%) qərarlaşıb.
2021-ci ilin yanvar-mart aylarında Azərbaycan iqtisadiyyatına sərmayə yatıran investorların ilk onluğuna ABŞ ($100,627 milyon, azalma 14,8%), Kipr ($91,76 milyon, artım 96,6%), İran ($87,273 milyon, artım 99,5%), Yaponiya ($79,407 milyon, azalma 9,8%), Norveç ($44,793 milyon, azalma 10%), Gürcüstan ($35,71 milyon, artım 5,7 dəfə) və BƏƏ ($18,426 milyon, artım 1,4 dəfə) daxil olub.
2021-ci ilin yanvar-mart aylarında Rusiyadan Azərbaycana birbaşa xarici investisiyaların həcmi 8,7 dəfə – $15,647 milyona qədər azalıb, xüsusi çəki 1,1% (2020-ci ilin I rübündə 11,5%) təşkil edib.
Bu dövrdə Azərbaycana birbaşa xarici investisiyaların həcmi $1 milyard 400,904 milyon (artım 17,9%) təşkil edib.
AMB-nin məlumatına görə, 2021-ci ilin yanvar-mart aylarında Azərbaycan şirkətləri Böyük Britaniya iqtisadiyyatına $37,054 milyon məbləğində birbaşa xarici investisiya yönəldiblər ki, bu da 2020-ci ilin birinci rübünün göstəricisindən 19,6% azdır.
Böyük Britaniya Azərbaycan şirkətlərinin birbaşa xarici investisiya yatırdığı xarici ölkələr arasında birinci yerə çıxıb, xüsusi çəki 27,7% (bir il əvvəl 10,7%) təşkil edib.
İnvestisiyaların həcminə görə ikinci yerdə Türkiyə gəlir. 2021-ci ilin I rübündə Azərbaycan şirkətləri tərəfindən bu ölkəyə $19,582 milyon (azalma 10,4%) və ya bütün investisiyaların 14,6%-i yönəldilib.
Üçüncü yerdə Gürcüstan qərarlaşıb ($16,066 milyon, artım 72,4%).
2021-ci ilin birinci rübündə Azərbaycan investisiyalarının yönəldildiyi ölkələrin onluğuna Malta ($16,035 milyon), ABŞ ($2,702 milyon, azalma 61 dəfə), BƏƏ ($2,632 milyon), Monteneqro ($2,386 milyon), Rusiya ($1,948 milyon, azalma 5 dəfə), Özbəkistan ($0,711 milyon) və İtaliya ($0,605 milyon) da daxil olub.
Bütövlükdə, 2021-ci ilin yanvar-mart aylarında Azərbaycandan xaricə birbaşa investisiyaların həcmi $133,992 milyon (azalma 3,2 dəfə) təşkil edib. (İnterfaks)