2021-ci ilin 1-ci rübündə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiya edən ölkələrin siyahısı açıqlanıb.
Eləcə də bax: Azərbaycandan ən çox Türkiyəyə, Azərbaycana isə Rusiyadan - Pul Köçürülüb
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı bildirir.
Azərbaycan iqtisadiyyatına bu il yatırım edən ölkələrin TOP 10-luğunda Birləşmiş Kralllıq ($512.865 min), Türkiyə ($211.953 min), Malayziya ($135.488 min), ABŞ ($100.627 min), Kipr ($91.760 min), İran İslam Respublikası ($87.723 min), Yaponiya ($79.407 min), Norveç ($44.793 min), Gürcüstan ($35.710 min), Birləşmiş Ərəb Əmirlikləridir ($18.426 min).