Azərbaycan hökuməti 2023-cü il üzrə iqtisadi artım proqnozlarını ehtiyatla tərtib edib.
Eləcə də bax: Bu il Azərbaycan iqtisadiyyatı rekord həddə çatacaq – 120 MİLYARD MANAT
FED.az xəbər verir ki, 2023-cü ildə Azərbaycanda Ümumi Daxili Məhsulun məhsulun nominal ifadə də 106 milyard 013 milyon manat olması gözlənilir. Xatırladaq ki, bu 2022-ci il üzrə gözlənilən ÜDM həcmindən 13,9 milyard manat daha azdır.
Hesablama Palatasının 2023-cü ilin büdəsi ilə bağlı rəyində göstərilir ki, gələn il üçün ÜDM-nin həcminin nisbətən az proqnoz edilməsi büdcə layihəsində neftin qiymətinin daha aşağı götürülməsi ilə bağlıdır.
Belə ki, 2022-ci ildə büdcədə neftin faktiki qiyməti orta hesabla 90 dollar təşkl etdiyi halda, 2023-cü ilin büdcəsində bu göstərici 50 dollar, yəni 40 dollar daha aşağı nəzərdə tutulub.
Nəticədə 2023-cü ildə ölkədə iqtisadi artımın bu ilki 3,5%-ə qarşı 2,7% olacağı gözənilir. Qeyri-neft sektorundakı artım da nisbətən azalacaq və 2022-ci ildəki 7,3%-dən 4,5%-ə yüksələcək.
Büdcə layihəsində nəzərdə tutulan proqnozlara əsasən 2023-cü ildə qeyri-neft ÜDM-nin həcminin 73,3 milyard manat olacağı və ümumilikdə 9,2% artacağı gözlənilir.
Qeyri-neft ÜDM-i üzrə proqnozlaşdırılan artıma daha çox qeyri-neft sənayesi, həmçinin sosial və digər sahələrin töhfə verəcəyi nəzərdə tutulur.
Neft –qaz sahəsinə gəlincə, 2023-cü ildə neft hasilatının 4,6% azalacağı, əmtəəlik qaz hasilatının isə 6,2% artacağı nəzərdə tutulub.
Nəticədə neft-qaz sektorunda artım qaz hasilatının hesabına təmin ediləcək. DB və BVF-nin Azərbaycan iqtisadiyyatına dair dərc etdikləri proqnozlara əsasən, növbəti ildə ölkə iqtisadiyyatında təxminən 2,5% ətrafında artım olacağı proqnozlaşdırılır ki, bu da Azərbaycanın rəsmi proqnozları ilə demək olar ki üst-üstə düşür.
Belə ki, Beynəlxalq Valyuta Fondu 2022-ci ildə Azərbaycanda iqtisadi artımın 3,7%, Dünya Bankı isə 4,2% olacağını gözləyir. Azərbaycan hökuməti bu göstəricini 3,5% proqnozlaşdırır.
Valyuta Fondu 2023-ci ildə Azərbaycanda iqtisadi artımın 2,5%, Dünya Bankı isə 2,8% olacağını gözləyir, Azərbaycan hökumətinin proqnozlarında isə bu göstərici 2,7% nəzərdə tutulub.